NATO Azov dənizində baş verən hadisələrə görə fövqəladə toplantı keçirəcək

NATO Azov dənizində baş verən hadisələrə görə fövqəladə toplantı keçirəcək Bakı. 26 noyabr. REPORT.AZ/ NATO Azov dənizində baş verən hadisələrə görə fövqəladə iclas keçirəcək.
Region
26 Noyabr , 2018 16:15
NATO Azov dənizində baş verən hadisələrə görə fövqəladə toplantı keçirəcək

Bakı. 26 noyabr. REPORT.AZ/ NATO Azov dənizində baş verən hadisələrə görə fövqəladə iclas keçirəcək. 

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hərbi alyansın Ukrayna komissiyası bu gün Brüsseldə toplanacaq və Azov dənizinin Kerç boğazındakı hadisələri müzakirə edəcək.

Bundan başqa, noyabrın 26-da NATO-nun baş katibi Yens Stoltenberqlə Ukrayna Prezidenti Pyotr Poroşenko arasında telefon danışığı olub. Tərəflər Azov dənizində yaranmış vəziyəti müzakirə ediblər. 

Qeyd edək ki, noyabrın 25-də Azov dənizində Rusiya gəmisinin Ukrayna gəmisini atəşə tutması nəticəsində 6 ukraynalı dənizçi yaralanıb.

Son xəbərlər

Orphus sistemi