​NATO: "Alyans Türkiyənin təhlükəsizliyilə bağlı məsuliyyət daşıyır"

​NATO: "Alyans Türkiyənin təhlükəsizliyilə bağlı məsuliyyət daşıyır" Yens Stoltenberq: "Hava məkanının pozulması məsələsində NATO Türkiyəni dəstəkləyir"
Region
5 Oktyabr , 2015 19:56
​NATO: Alyans Türkiyənin təhlükəsizliyilə bağlı məsuliyyət daşıyır

Bakı. 5 oktyabr. REPORT.AZ/ NATO Türkiyənin təhlükəsizliyilə bağlı məsuliyyət daşıyır. 

"Report" Türkiyə XİN-in saytına istinadən xəbər verir ki, bunu NATO-nuun baş katibi Yens Stoltenberq Rusiya qırıcılarının Türkiyənin hava məkanını pozması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Məlumata görə, bu gün hadisə ilə bağlı NATO-nun toplantısı keçiriləcək.

Yens Stoltenberq vurğulayıb ki, hava məkanının pozulması məsələsində NATO Türkiyəni dəstəkləyir.

Xatırladaq ki, Britaniyanın xarici işlər naziri Filip Hammond hadisə ilə bağlı "twitter" səhifəsində yazıb: "Rusiyanın Türkiyənin hava məkanını pozması hazırkı çox riskli vəziyyəti daha da kəskin bir hala gətirir".

Britaniyanın Türkiyədəki səfiri Riçard Mur isə hadisənin narahatedici olduğunu vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi