Yuxarı

NATO ölkələri Gürcüstanın alyansa daxil olmasına kömək üçün tədbirlər paketini təsdiqləyiblər

Sammit çərçivəsində həmçinin NATO-nun kollektiv müdafiəsinin möhkəmləndirilməsi üzrə əməliyyat planı təsdiq edilib

Bakı. 5 sentyabr. REPORT.AZ/ NATO ölkələri Gürcüstanın alyansa daxil olmasına kömək üçün tədbirlər paketini təsdiqləyiblər. Report xəbər verir ki, bu barədə Uelsdə keçirilən sammitin nəticələri üzrə təşkilatın baş katibi Anders Foq Rasmussen bəyan edib. 

"Biz bu gün Gürcüstanın alyansa üzv olması üçün hazırlıq prosesində irəliləmək üçün tədbirlər paketini razılaşdırmışıq" - deyə, Rasmussen bildirib. O, vurğulayıb  ki, "NATO-nun qapıları açıqdır".

"Biz hər bir ölkəni onun mahiyyətindən irəli gələrək qiymətləndirəcəyik" - deyə, baş katib qeyd edib.

Onun sözlərinə görə, sammit çərçivəsində həmçinin NATO-nun kollektiv müdafiəsinin möhkəmləndirilməsi üzrə əməliyyat planı təsdiq edilib. "Bizim qarşılaşdığımız təhlükəsizlik sahəsindəki vəziyyət həmişə olduğundan daha gözlənilməzdir. Rusiya Ukraynaya hücum edir. Ekstremistlər Yaxın Şərqdə fəaliyyətini aktivləşdirir. Şimali Afrikada qeyri-sabitlik artır. Bu narahat dövrdə NATO tam spektr missiyasını öz üzrərinə götürməyə və müttəfiqləri təhlükədən müdafiə etməyə hazırdır" - deyə, Rasmussen əlavə edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi