Naməlum şəxslər Voronejdə Nemtsovun xatirəsinə keçirilən marşın iştirakçılarına hücum edib

Naməlum şəxslər Voronejdə Nemtsovun xatirəsinə keçirilən marşın iştirakçılarına hücum edib Ötən il güllələnən müxalif siyasətçi Boris Nemtsovun xatirəsinə həsr olunmuş tədbirlər Rusiyanın bir çox şəhərlərində keçirilir
Region
27 Fevral , 2016 15:52
Naməlum şəxslər Voronejdə Nemtsovun xatirəsinə keçirilən marşın iştirakçılarına hücum edib

Bakı. 27 fevral. REPORT.AZ/ Maskalı naməlum şəxslər Voronejdə Boris Nemtsovun xatirəsinə keçirilən aksiyanın iştirakçılarını yumurta, boya paketləri və un atəşinə tutub.

"Report" TASS-a istinadən xəbər verir ki, polis qəfildən tindən çıxıb aksiya iştirakçılarına hücum edənləri saxlamağa çalışıb.

Şəhər küçələri ilə hərəkət edən aksiyaçıların ümumi sayı təxminən 150 nəfərdir.

Qeyd edək ki, ötən il güllələnən müxalif siyasətçi Boris Nemtsovun xatirəsinə həsr olunmuş tədbirlər Rusiyanın bir çox şəhərlərində keçirilir.

Moskvada bununla bağlı aksiya saat 14:00-da başlayıb. Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Son xəbərlər

Orphus sistemi