Yuxarı

Edvard Nalbandyan: "20 min suriyalı qaçqın Ermənistanda sığınacaq tapıb"

Ermənistan XİN başçısı Cenevrədə suriyalı qaçqınlara həsr olunmuş görüşdə çıxış edib

Bakı. 30 mart. REPORT.AZ/ "Bu günə qədər təxminən 20 min suriyalı qaçqın Ermənistanda sığınacaq tapıb".

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Cenevrədə suriyalı qaçqınlara həsr olunmuş yüksək səviyyəli görüşdə deyib.

"Ermənistan burada sığınacaq tapan suriyalıların qayğısına qalmağa davam edəcək. Biz suriyalı qaçqınların humanitar ehtiyaclarını qarşılamaq və onların ölkəmizə inteqrasiyasını asanlaşdırmaq üçün Ermənistana edilən yardımları alqışlayırıq. Ermənistan hökuməti bunun üçün qanunvericilikdə müvafiq dəyişikliklər həyata keçirib", - deyə E.Nalbandyan bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi