Müxalifət Yerevanda Respublika meydanını yenidən bağlayacaq

Müxalifət Yerevanda Respublika meydanını yenidən bağlayacaq Mitinq avqustun 11-də saat 19:00-da keçiriləcək
Region
11 Avqust , 2015 08:12
Müxalifət Yerevanda Respublika meydanını yenidən bağlayacaq

Bakı. 11 avqust. REPORT.AZ/ “Qalx, Ermənistan” hərəkatının nümayəndələri avqustun 11-nə təyin olunmuş etiraz aksiyası zamanı Yerevanın mərkəzindəki Respublika meydanını bağlamaq niyyətindədirlər.

Aksiya iştirakçıları prezident Serj Sarkisyanın və baş nazirin istefasını tələb edəcəklər. Müxalifət qüvvələri tələbləri yerinə yetirilənə qədər aksiyanı davam etdirəcəklər.

Bu barədə hərəkatın üzvləri bəyanat yayıblar.

Bəyanatda deyilir: “Biz dəyişiklik istəyirik. İstəyirik ki, Ermənistanda hakimiyyət cinayətkarlardan təmizlənsin, oğurlanmış sərvətlər xalqa qaytarılsın, ölkədə ədalət bərqərar olunsun, qanunsuz və konstitusiyaya zidd siyasi partiyalar buraxılsın, siyasi təqiblərə son qoyulsun, azad, şəffaf və ədalətli seçkilər keçirilsin, sahibkarların toxunulmazlığı təmin olunsun. Hazırkı hakimiyyət çoxdan göstərib ki, nəinki bütün bunları etmək iqtidarında deyil, əksinə bütün imkanlardan istifadə edir ki, sadalananlar yerinə yetirilməsin".

Mitinq avqustun 11-də saat 19:00-da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi