Yuxarı

​Müxalifət: Türkməndağı bölgəsində Rusiya və Suriyanın 8 generalı öldürülüb

Rusiyalaı general Türkməndağına hücumu və türkmənlərin bu rayondakı evlərinin bombalanmasını əlaqələndirirmiş

Bakı. 4 fevral. REPORT.AZ/ Suriyanın Türkiyə ilə sərhədində yerləşən Türkməndağı bölgəsində Bəşşar Əsəd rejiminə və Rusiyaya bağlı 8 yüksək rütbəli zabit öldürülüb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Suriya müxalifəti bildirib.

Məlumata görə, Əsədə bağlı hərbçilərlə Rusiya zabitlərinin görüş keçirdiyi əraziyə basqın olub. Nəticədə 15 hərbçi öldürülüb. Onlardan 4-ü Rusiya Silahlı Qüvvələrinin, 4-ü isə Əsədənın zabitləridir.

Məlumata görə, öldürülən rusiyalı generallardan birinin adı "Yuri"dir. O, Türkməndağına hücumu və türkmənlərin bu rayondakı evlərinin bombalanmasını əlaqələndirirmiş. Basqın nəticəsində öldürülən Bəşşar Əsəd rejimi generallarından 3-nün adı müəyyən edilib. Öldürülən generalların Əhməd Munzur, Əli Cabir və Əli Umran olduğu bildirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi