Mustafa Kamal Atatürk vəfatının 77-ci ilində yad edilib

Mustafa Kamal Atatürk vəfatının 77-ci ilində yad edilib Rəcəb Tayyib Ərdoğan: "Vəsiyyətinizi yerinə yetirəcəyik"
Region
10 Noyabr , 2015 13:13
Mustafa Kamal Atatürk vəfatının 77-ci ilində yad edilib

Bakı. 10 noyabr. REPORT.AZ/ Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk vəfatının 77-ci ili Anıtkabirdə keçirilən dövlət mərasimi ilə yad edilib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmaz, baş nazir Əhməd Davudoğlu, Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Hulusi Akar, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli, rəsmilər, hərbçilər, siyasi partiyaların təmsilçiləri iştirak edib.

Prezident R.T.Ərdoğan Anıtqəbirdəki xitab dəftərində yazıb: "Əziz Atatürk, qurtuluş savaşımızın baş komandanı və cümhuriyyətimizin banisi olaraq, vəfatınızın 77-ci ildönümündə şəxsinizi bir daha hörmətlə yad edirik. Bizə işarə etdiyiniz "müasir mədəniyyətlər səviyyəsini keçmə" hədəfinizi cümhuriyyətimizin 92-ci ildönümündə elan etdiyimiz kimi bütün gücümüzlə həyata keçirməyə çalışırıq. Daxili və xarici bədxahlara rəğmən cümhuriyyətimizn 100-cü ildönümündə, 2023-cü il üçün hədəflərimizə çataraq, vəsiyyətinizi yerinə yetirmiş olacağıq". 

Son xəbərlər

Orphus sistemi