Yuxarı

"MÜSİAD Azərbaycan" Türkiyənin Suriyada həyata keçirdiyi antiterror əməliyyatını dəstəkləyib

​"MÜSİAD Azərbaycan": Sülh Bulağı” hərəkatını dəstəkləyir

"Barış pınarı" hərəkatının bölgə xalqlarına və regionumuza sülh və əmin-amanlıq gətirməsini arzulayırıq.

"Report" xəbər verir ki, bu barədə "MÜSİAD Azərbaycan"ın prezidenti Abdurrahman Uzunun Türkiyənin Fərat çayının şərqində həyata keçirdiyi antiterror əməliyyatı ilə bağlı yaydığı yazılı bəyanatda qeyd olunub. 

Onun sözlərinə görə, bu hərəkat Türkiyənin ərazi bütövlüyünü qoruması baxımından xüsusi əhəmiyyət kəsb edir: “Türkiyə yerləşdiyi ərazinin çətin şərtləri səbəbilə, ərazi bütövlüyünü və sərhəd təhlükəsizliyini ön planda tutaraq regionda sülh bazası olmaq məqsədi ilə hərəkət edir. Bölgə sülhdən hər ötən gün uzaqlaşdırılmağa məruz qoyularkən Yaxın Şərqdə sağlam düşüncənin təmsilçisi olan Türkiyənin bu vəziyyətə biganə qalması düşünülə bilməz. Bölgə dərhal dinclik və əmin-amanlıq şəraitinə qovuşmalıdır. Bu çərçivədə Fərat hərəkatı əməliyyatı ilə başlayan və "Zeytun dalı" hərəkatı ilə davam edən, regiona sülh və əmin-amanlıq gətirməyə yönələn əməliyyatlar, dövlətimz zəruri hesab etdiyinə görə Fəratın şərqi istiqamətində davam edir”.

“Keçmişdən bu günə qədər türk və kürd xalqları ortaq bir tarixi bölüşməkdə, əsrlərdir birlik və bərabərlik içərisində yaşamaqdadır. Bu baxımdan, Türkiyə Cümhuriyyətinin, vahid bayraq altında Qurtuluş savaşı mübarizəsi apardığı kürd xalqına qarşı hər hansı düşmənçilik mövqe nümayiş etdirməsi əsla düşünülə bilməz. Sərhəd xəttinin terrorçulardan təmizlənərək stabillik və əmin-amanlığa qovuşması, zülm və müharibə şəraitindən qaçıb vətənlərini tərk etmək məcburiyyətində qalan və Türkiyəyə sığınan Suriya xalqının həsrətini çəkdiyi öz torpaqlarına qovuşması üçün bir zərurətdir. Hərəkat çərçivəsində Avropa və ABŞ tərəfindən terror təşkilatı kimi tanınan PKK-nın Suriyada davamı olan PYD-YPG-nin Türkiyənin hüdudlarından kənara çıxarılması məqsədi güdülür. Türkiyə Silahlı Qüvvələrinin başlatdığı hərəkatın yeganə məqsədi Suriyanın ərazi bütövlüyünü qoruyaraq lazımi olanı etməkdir. “MÜSİAD Azərbaycan” olaraq, dövlətimizin həmlələrini və siyasi mövqeyini dəstəklədiyimizi ictimaiyyətə çatdırırıq. Bu münasibətlə “Barış pınarı” hərəkatında qəhrəman əsgərlərimizə müvəffəqiyyətlər arzulayır, əməliyyatın başda region xalqları olmaq üzrə, ərazimizə tezliklə sülh, əmin-amanlıq və stabillik gətirməsini arzu edirik”, - deyə A.Uzun qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi