Müşavir: "Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həllinə çalışırıq"

Müşavir: "Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həllinə çalışırıq" "Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında, ölkənin Avropaya inteqrasiyasında mühüm rol oynayırlar"
Region
4 İyun , 2018 18:50
Müşavir: Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həllinə çalışırıq

Tbilisi. 4 iyun. REPORT.AZ/ “Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirliyi ölkədə yaşayan milli azlıqların, o cümlədən azərbaycanlıların sosial problemlərinə diqqətlə yanaşır, onların həllinə çalışır”.

Bunu “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirliyinin Kvemo Kartli bölgəsi üzrə müşaviri Ayaz Məmmədov bildirib.

Onun sözlərinə görə, nazir Ketevan Tsixelaşvili Gürcüstanın azərbaycanlılar yaşayan bölgəsinə xüsusi diqqət yetirir: “Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında, ölkənin Avropaya inteqrasiyasında mühüm rol oynayırlar. Bu da hökumət strukturlarının, xüsusilə də Nazirliyimizin diqqətindən kənarda qalmır. Ona görə də Nazirlik bu bölgələrə xüsusi diqqət yetirir”.

Müşavir deyib ki, Nazirliyin təşəbbüsü və maliyyə dəstəyi ilə 1918-ci ildə Tbilisi yerli özünüidarəetmə orqanlarına seçilmiş ilk müsəlman qadın, azərbaycanlı Pərixanım Sofiyevanın Qardabani rayonunun Qaracalar kəndində qəbirüstü abidəsi qoyulub. 

A.Məmmədov vurğulayıb ki, Nazirliyin təşəbbüsü ilə iyunun 6-da Gürcüstanın, İqtisadiyyat, Maliyyə, Kənd təsərrüfatı, Mədəniyyət, Elm və təhsil nazirliklərinin, turizm administrasiyasının yüksək vəzifəli şəxsləri Kvemo Kartli quberniyasında görüşü təşkil olunacaq: "Kvemo Kartli qubernatorluğunun təşkilatçılığı ilə keçiriləcək görüşün məqsədi onların problemlərini dinləmək, bölgənin iqtisadi, mədəni inkişafı ilə bağlı rəy və təklifləri öyrənməkdir. Nazirliyin hazırladığı xüsusi proqram çərçivəsində bölgəyə bir sıra yardımların göstərilməsi də nəzərdə tutulub". 

Son xəbərlər

Orphus sistemi