İbrahim Kalın: "Münbiç və Fərat çayının şərqindəki bölgə Türkiyənin nəzarətində olmalıdır"

İbrahim Kalın: "Münbiç və Fərat çayının şərqindəki bölgə Türkiyənin nəzarətində olmalıdır" Bakı. 4 fevral. REPORT.AZ/ Türkiyə ilə ABŞ arasında Suriyanın Münbiç bölgəsinə dair yol xəritəsi çoxdan həyata keçirilməli idi. Məsələni uzatmağın heç kimə faydası dəyməz.
Region
4 Fevral , 2019 22:04
İbrahim Kalın: Münbiç və Fərat çayının şərqindəki bölgə Türkiyənin nəzarətində olmalıdır

Bakı. 4 fevral. REPORT.AZ/ "Türkiyə ilə ABŞ arasında Suriyanın Münbiç bölgəsinə dair yol xəritəsi çoxdan həyata keçirilməli idi. Məsələni uzatmağın heç kimə faydası dəyməz".

“Report” AA-ya istinadən xəbər verir ki, bunu Türkiyə hökumətinin iclasından sonra keçirdiyi mətbuat konfransında ölkə prezidentinin sözçüsü İbrahim Kalın deyib. O, bildirib ki, Türkiyə ABŞ-la razılaşdırdığı yol xəritəsinin həyata keçirilməsində Rusiya ilə də eyni mövqeni bölüşür.

“Münbiç və Fərat çayının şərqindəki bölgədə də oxşar modelin tətbiqi üçün başlıca şərt həmin bölgəyə nəzarətin Türkiyəyə verilməsidir”, - deyən Türkiyə rəsmisi Suriyanın ərazi bütövlüyü çərçivəsində təhlükəsizliyi və sabitliyi təmin etmək üçün Cenevrə və Astana proseslərində bundan sonra da iştirak edəcəklərini diqqətə çatdırıb. "Bizə görə, Bəşər Əsəd rejimi legitimliyini itirmiş, gələcək vəd etməkdən uzaq bir rejimdir”, - deyə o, əlavə edib. 

Türkiyə prezidentinin sözçüsü həmçinin vurğulayıb ki, Suriya hökumətinin nümayəndələri də daxil olmaqla, bu ölkədə Suriya ərazisində keçirilən hərbi əməliyyatların təhlükəsizliyi naminə müxtəlif tərəflərlə keçirdikləri təmaslar birbaşa rejimin legitimliyini tanımaq demək deyil. 

Daha əvvəl İbrahim Kalın bildirib ki, Türkiyənin məqsədi İdlibdə əhalinin təhlükəsizliyini təmin etməkdir.

Son xəbərlər

Orphus sistemi