​Müctəba Zülnur: “İsrail səhv edərsə, Tel-Əviv on dəqiqəyə yer üzündən silinəcək”

​Müctəba Zülnur: “İsrail səhv edərsə, Tel-Əviv on dəqiqəyə yer üzündən silinəcək” Höccətülislam Libermanın İranın nüvə mərkəzlərinə zərbə endirməklə bağlı bəyanatına fikir bildirib
Region
21 Fevral , 2015 19:11
​Müctəba Zülnur: “İsrail səhv edərsə, Tel-Əviv on dəqiqəyə yer üzündən silinəcək”

Bakı. 21 fevral. REPORT.AZ/ İranın ali dini lideri ayətulla Əli Xamneyinin İnqilab Keşikçiləri Korpusunda ali nümayəndəsi höccətulislam Müctəba Zülnur bəyan edib ki, İsrail səhv edərsə, Tel-Əviv on dəqiqə ərzində yer üzündən silinəcək.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, İran Dövlət Teleradio Şirkəti yanında Jurnalistlər Klubunda çıxışı zamanı İsrailin xarici işlər naziri Aviqdor Libermanın İranın nüvə mərkəzlərinə zərbə endirilməsi ilə bağlı bəyanatına fikir bildirib.

Zülnur Libermanın sözlərinə cavab olaraq vurğulayıb:

“Əgər İsrail müharibənin uğurla nəticələnəcəyinə şübhə etməsəydi, o zaman bunu sabaha saxlamazdı, elə bu gün müharibəyə başlayardı. Lakin bunun üçün onların gücü yoxdur. Onlar yalnız qorxutmağa çalışırlar, lakin bacarmırlar. Əgər onlar özlərini sınayıb İrana raket hücumuna keçmək qərarına gəlsələr, o raketlər bizim torpaqlara çatınca, 6-7 dəqiqə ərzində bizim raketlər Tel-Əvivin düz göbəyinə çatacaq və İsraili məhv edəcək, bununla da imamın əmrini yerinə yetirmiş olacağıq (inqilab lideri ayətulla Xomeyni, - red.)”.

Son xəbərlər

Orphus sistemi