Yuxarı

MSK: Nazarbayev Qazaxıstan prezidenti seçkilərində qalib gəlib

Seçicilərin 97,75%-i Nursultan Nazarbayevi  dəstəkləyib

Bakı. 28 aprel. REPORT.AZ/ Qazaxıstanın hazırkı dövlət başçısı Nursultan Nazarbayev prezident seçkilərində seçicilərin 97,75% səsini toplayaraq, inamlı qələbə qazanıb. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə bu gün Qazaxıstan MSK-nın sədri Kuandık Turqankulov bildirib. 

Kommunist Xalq Partiyası MK katibi 1,61%, həmkarlar ittifaqı federasiyasının sədri, müstəqil namizəd Abelqazi Kusainov - 0,64% səs toplayıb. 

Yeni müddətə seçilən prezident Nursultan Nazarbayevin andiçmə mərasimi aprelin 29-da keçiriləcək. 

Xatırladaq ki, aprelin 26-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə fəallıq rekord həddə çataraq, 95,22% təşkil edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi