Yuxarı

MSK: Marneulidə seçki pozuntuları ilə bağlı 21 şikayət daxil olub

MSK: Marneulidə seçki pozuntuları ilə bağlı 21 şikayət daxil olub

Gürcüstanda bu gün keçirilmiş növbədənkənar və aralıq seçkilərində qanun pozuntuları ilə bağlı dairə seçki komissiyalarına 89 şikayət daxil olub.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Ana Mikeldze keçirdiyi brifinqdə bildirib.

O deyib ki, şikayətlərin 44-ü Zuqdididə keçirilmiş səsvermə prosesi ilə bağlıdır.

A.Mikeladze qeyd edib ki, Marneulidəki seçkilərlə bağlı daxil olan şikayətlərin sayı isə 21 təşkil edib.

MSK rəsmisi qeyd edib ki, qurumun “qaynar xətti”nə səsvermə prosesi ilə bağlı 209 zəng, onlayn çatına isə 56 mesaj daxil olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi