Yuxarı

​MSK: "İslam Kərimov səslərin 90,39%-ni toplayıb"

Ölkənin uyğun qanununa əsasən, o, prezident seçilmiş sayılıb

Bakı. 30 mart. REPORT.AZ/ Özbəkistanın fəaliyyətdə olan dövlət başçısı İslam Kərimov prezident seçkisində 90,39% səs toplayıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə Özbəkistanın Mərkəzi Seçki Komissyasının sədri Mirzə - Uluqbəy Abdusalomov keçirdiyi brifinqdəki açıqlamasında bildirib.

"17,2 milyon nəfər, yaxud səsvermədə iştirak edən seçicilərin 90,39%-i səsini Kərimova verib", - o bəyan edib. 

Onun sözlərinə görə, "Özbəkistan Respublikasının prezident seçkisi haqda" qanunun 35-ci maddəsinə əsasən, İslam Kərimov dövlət başçısı seçilmiş sayılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi