Mövlud Çavuşoğlu: “Viza rejiminin ləğvi ilə bağlı təkliflərimizi iyunda Aİ-yə təqdim edəcəyik”

Mövlud Çavuşoğlu: “Viza rejiminin ləğvi ilə bağlı təkliflərimizi iyunda Aİ-yə təqdim edəcəyik” XİN başçısı: “Avropa İttifaqı ilə viza problemini həll etmək istəyirik”
Region
13 Aprel , 2017 12:25
Mövlud Çavuşoğlu: “Viza rejiminin ləğvi ilə bağlı təkliflərimizi iyunda Aİ-yə təqdim edəcəyik”

Bakı. 13 aprel. REPORT.AZ/ “Avropa İttifaqı ilə geri qəbul razılaşması çərçivəsində viza rejiminin ləğvi məsələsində son təklifimizi iyun ayında rəsmi Brüsselə təqdim edəcəyik”.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Aprelin 16-da keçiriləcək referendumdan sonra Avropa İttifaqına son təklifimizi təqdim edəcəyik. Ondan sonrakı prosesi dəyərləndirib, qərarımızı sizlərlə paylaşacağıq. Avropa İttifaqı ilə viza problemini həll etmək istəyirik”, - deyə M.Çavuşoğlu bildirib.

Xatırladaq ki, ötən ilin martında Avropa İttifaqı (Aİ) və Türkiyə arasında “Balkan marşrutu” üzrə Aİ-yə Yaxın və Orta Şərq ölkələrindən qeyri-leqal miqrasiyaya son qoyulmasını nəzərdə tutan miqrasiya sazişi imzalanıb. Plana əsasən, Türkiyə qeyri-qanuni miqrantları öz ərazisində saxlamalı, Aİ-yə keçən qeyri-leqal miqrantları ölkəyə qaytararaq, onların əvəzində Aİ-yə leqal qaydada suriyalı qaçqınları göndərməlidir.

Bu razılaşmalar çərçivəsində Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvi də nəzərdə tutulmuşdu. Ancaq Aİ sonradan Türkiyə ilə viza rejiminin ləğv etdirilməsi üçün Ankaraya terrorçuluqla mübarizə ilə bağlı qanunvericiliyin dəyişdirilməsi tələbini irəli sürüb.

Qeyd edək ki, 2016-cı il noyabrın 24-də isə Avropa Parlamentində Türkiyə ilə Avropa İttifaqına üzvlük müzakirələrini dayandırmaq barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi