Yuxarı

Mövlud Çavuşoğlu: "Türkiyənin xarici ölkələrdəki 32 diplomatı ölkəyə geri dönməyib"

Türkiyənin Banqladeşdəki səfirliyinin əməkdaşlarından ikisi ABŞ-a qaçıb, biri isə Türkiyəyə qayıdıb

Bakı. 12 avqust. REPORT.AZ/ "Türkiyənin xarici ölkələrdəki 32 diplomatı ölkəyə geri dönməyib". 

"Report"un "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

Onun sözlərinə görə, həmin şəxslər vətənə qayıtmamaq üçün heç bir səbəb göstərməyiblər: "Biz xarici ölkələrdəki 208 diplomatı geri çağırmışdıq. Onlardan 32 nəfəri heç bir səbəb göstərmədən vətənə geri qayıtmadı. Bundan əlavə, Türkiyənin Banqladeşdəki səfirliyinin 3 əməkdaşını geri çağırmışdıq. Onlardan ikisi ABŞ-a qaçıb, biri isə Türkiyəyə qayıdıb və hazırda fəaliyyətini davam etdirir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi