Mövlud Çavuşoğlu: “Türkiyə Suriyadakı rejimdən artıq heç bir təhlükə gözləmir”

Mövlud Çavuşoğlu: “Türkiyə Suriyadakı rejimdən artıq heç bir təhlükə gözləmir” Türkiyənin Xİn başçısı: “Bəşşar Əsədin Suriyanı birləşdirəcəyini ehtimal etmirik”
Region
12 Dekabr , 2017 12:25
Mövlud Çavuşoğlu: “Türkiyə Suriyadakı rejimdən artıq heç bir təhlükə gözləmir”
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu / Report

Bakı. 12 dekabr. REPORT.AZ/ “Türkiyə Suriyadakı rejimdən artıq heç bir təhlükə gözləmir”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 12-də Ankarada keçirdiyi mətbuat konfransında bildirib.

XİN başçısı deyib ki, amma hazırda Suriya ərazisində fəaliyyət göstərən terror qruplaşmaları “PYD” və “YGY” Türkiyəyə təhdid yaradır: "Suriyadakı rejimlə müxalifət qruplarının mövqelərinin uzlaşması əhəmiyyətlidir. Bundan sonra Bəşşar Əsəd olacaqmı? Əsədin Suriyanı birləşdirəcəyini, Əsədli bir keçid hökumətinin də Suriyanı sözün əsl mənasında seçkiyə hazırlayacağını ehtimal etmirik” .

Son xəbərlər

Orphus sistemi