Bakı. 16 noyabr. REPORT.AZ/ “ABŞ-dan aldığımız silahların tədarükü ilə bağlı gecikmələr olduğu üçün Türkiyə alternativlər axtarır”.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu parlamentin büdcə komissiyasının iclasında bildirib.
O, Suriyadakı vəziyyətdən danışarkən deyib: “YPG” silahlıları (terrorçu PKK qruplaşmasının Suriyadakı qolu – “Report”) Raqqaya terrorçu İŞİD-lə savaşmaq üçün deyil, bölgəni ələ keçirməkdən ötrü gediblər”.