Mövlud Çavuşoğlu: "Türkiyə Moskvadan "S-400" almaqdan imtina edə bilər"

Mövlud Çavuşoğlu: "Türkiyə Moskvadan "S-400" almaqdan imtina edə bilər" Ankarı ölkənin hava məkanını qorumaq üçün təcili şəkildə "S-400" almalıdır
Region
9 Oktyabr , 2017 14:38
Mövlud Çavuşoğlu: Türkiyə Moskvadan S-400 almaqdan imtina edə bilər
Mövlud Çavuşoğlu

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Türkiyə "S-400" zenit-raket sistemlərinin (ZRS) birgə istehsalı üzrə anlaşma əldə olunmayacağı təqdirdə, Moskvadan belə raket sistemləri almaqdan imtina edə bilər."

"Report" xəbər verir ki, bu barədə "Akşam" qəzetinə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Türkiyə bu mövzuda hələ heç bir rəsmi imtina almayıb.

"Putin özü bizə birgə istehsal üçün addımlar ata biləcəyimizi söyləmişdi. Ona görə də texnologiya aktualdır. Yox, Rusiya bu anlaşmaya mənfi yanaşırsa, başqa ölkə ilə anlaşa bilərik", - M.Çavuşoğlu deyib.

Nazir vurğulayıb ki, Ankarı ölkənin hava məkanını qorumaq üçün təcili şəkildə "S-400" almalıdır.

"Rusiyaya qarşı olan ölkələr Türkiyənin məhz onlardan "S-400" almasını istəyirsə, bizə öz variantlarını təqdim etməlidirlər", - XİN başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi