Mövlud Çavuşoğlu: "Aİ viza rejimini sadələşdirməzsə, bir sıra sazişlərdən imtina edə bilərik"

Mövlud Çavuşoğlu: "Aİ viza rejimini sadələşdirməzsə, bir sıra sazişlərdən imtina edə bilərik" "Ona görə də Aİ-dən viza rejiminin sadələşdirilməsi ilə bağlı Türkiyəyə dəqiq tarix verməsini gözləyirik"
Region
1 Avqust , 2016 15:10
Mövlud Çavuşoğlu: Aİ viza rejimini sadələşdirməzsə, bir sıra sazişlərdən imtina edə bilərik

Bakı. 1 avqust. REPORT.AZ/ Türkiyə Avropa İttifaqının (Aİ) viza rejimini sadələşdirmədiyi təqdirdə bir sıra sazişlərdən imtina edə bilər. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Frankfurter Allgemeine Zeitung" (FAZ) qəzetində müsahibəsində bildirib.

Onun sözlərinə görə, Türkiyə ilə Aİ arasında bu il martın 18-də imzalanmış saziş suriyalı qaçqınların Avropa ölkələrinə qanunsuz miqrasiyasının sayını azaldıb: "Çünki həm miqrantları qanunsuz yolla Avropa ölkələrinə aparmaqla məşğul olanlar, həm də onlara pul verən qaçqınlar geri göndərildiklərini gördülər. Eyni zamanda, Türkiyə qanunsuz miqrant daşıyanlar da daxil olmaqla, çox ciddi tədbirlər gördü. Bundan əlavə, qaçqınlara Avropa ölkələrinə birbaşa yerləşdiriləcəkləri umidinin verilməsi də miqrant axınını azaltdı". 

M.Çavuşoğlu deyib ki, Türkiyə 2013-cü ildə Aİ ilə readmissiya sazişi ilə əlaqəli olaraq vizanın sadələşdirilməsi barədə də saziş imzalayıb: "Bundan əlavə, bu ilin mart ayında Aİ ilə Türkiyəyə geri gətirilən hər bir suriyalının qarşılığında başqa bir suriyalının Avropa ölkəsinə yerləşdirilməsini özündə ehtiva edən saziş imzalamışdıq. Ancaq bütün bunlar viza rejiminin sadələşdirilməsinə bağlıdır. Bu, bir təhdid deyil. Əgər viza rejimi sadələşdirilməzsə, biz də readmissiya və 18 mart sazişlərini yerinə yetirməmək məcburiyyətində qala bilərik. Ona görə də Aİ-dən viza rejiminin sadələşdirilməsi ilə bağlı Türkiyəyə dəqiq tarix verməsini gözləyirik. Bu, oktyabrın əvvəlləri, ya da ortaları ola bilər". 

Son xəbərlər

Orphus sistemi