Yuxarı

Mövlud Çavuşoğlu: "Türkiyə AES-dən yalnız dinc məqsədlər üçün istifadə etmək niyyətindədir"

Mövlud Çavuşoğlu: "Türkiyə AES-dən yalnız dinc məqsədlər üçün istifadə etmək niyyətindədir"
Türkiyənin Akkuyudakı AES-dən hərbi məqsədlər üçün istifadə etmək istədiyini düşünənlər kökündən yanılırlar
© Report/ Firi Salim

Bakı. 5 aprel. REPORT.AZ/ "Türkiyə atom elektrik stansiyasından yalnız dinc məqsədlər üçün istifadə etmək niyyətindədir".

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Türkiyənin Akkuyudakı AES-dən hərbi məqsədlər üçün istifadə etmək istədiyini düşünənlər kökündən yanılırlar və onlar bu sahədən başı çıxmayanlardır: "Bu stansiya Türkiyənin elektrik ehtiyaclarının 10%-ni ödəyəcək".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi