Yuxarı
    Bağlamaq

    Mövlud Çavuşoğlu Suriyada nizamlanma üzrə Astana görüşünün tarixini açıqlayıb

    Yanvarın 9-10-da rusiyalı ekspertlər Suriya üzrə danışıqlara hazırlıq məsələlərini müzakirə etmək üçün Ankaraya gələcək

    Bakı. 4 yanvar. REPORT.AZ/ "Suriyada nizamlanma üzrə Astana görüşü yanvarın 23-də keçiriləcək".

    "Report" xəbər verir ki, bunu "Anadolu" agentliyində keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

    O, yanvarın 9-10-da rusiyalı ekspertlərin Suriya üzrə danışıqlara hazırlıq məsələlərini müzakirə etmək üçün Ankaraya gələcəyini məlumat verib.

    M.Çavuşoğlu növbəti dəfə Türkiyə və Rusiyanın, eləcə də İranın Suriyada atəşkəsin təminatçısı olduğunu təkrarlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi