Yuxarı
    Bağlamaq

    Mövlud Çavuşoğlu: "Suriya üzrə Türkiyə-Rusiya dialoqu bölgənin sabitliyi üçün vacibdir"

    Eyni zamanda, Ankara Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünə qətiyyətli dəstək verməyə davam edir

    Bakı. 9 yanvar. REPORT.AZ/ "Suriya böhranının həlli üzrə Türkiyənin və Rusiyanın qarşılıqlı anlaşması bütün bölgədə vəziyyəti sabitləşdirmək üçün çox vacibdir."

    "Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada xarici ölkə səfirləri qarşısında çıxış edərkən bildirib.

    "Suriya məsələsində Rusiya ilə əməkdaşlığımız bütün regionda vəziyyəti sabitləşdirmək üçün nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirdi. Rusiya iqtisadiyyatda - turizm, tikinti, kənd təsərrüfatı və digər sahələrdə əsas tərəfdaşımızdır. Münasibətlərimizi yalnız iqtisadiyyatda yox, həm də siyasətdə inkişaf etdirir, möhkəmləndiririk... Rusiya ilə dialoqumuz, o cümlədən terrorla mübarizə məsələsində, həqiqətən bir çox aktual məsələlərin müsbət həllinə kömək edir " - M.Çavuşoğlu vurğulayıb.

    Nazirin sözlərinə görə, rəsmi Ankara eyni zamanda Ukraynanın və Gürcüstanın ərazi bütövlüyünə qətiyyətli dəstək verməyə davam edir və Krımın Rusiyaya birləşdirilməsini tanımır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi