Mövlud Çavuşoğlu: ""Suriya münaqişəsinin həllinə mane olan ən böyük faktor Rusiyadır"

Mövlud Çavuşoğlu: ""Suriya münaqişəsinin həllinə mane olan ən böyük faktor Rusiyadır" Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Suriya siyasətini tənqid edib
Region
21 Fevral , 2016 23:13
Mövlud Çavuşoğlu: Suriya münaqişəsinin həllinə mane olan ən böyük faktor Rusiyadır

Bakı. 21 fevral. REPORT.AZ/ "Suriya münaqişəsinin mümkün həlli yollarının qarşısı alan ən böyük faktor Rusiyadır". "Report" xəbər verir ki, bunu İtaliyanın "La Stampa" qəzetinə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazirin sözlərinə görə, BMT-nin təşəbbüsü ilə Cenevrədə təşkil olunmuş danışıqlar prosesindən istifadə edən Rusiya, Suriya müxalifətinə qarşı sarsıdıcı zərbələr endirməyə başlayıb.

Çavuşoğlunun sözlərinə görə, ötən ilin sentyabr ayından etibarən Rusiya hərbi təyyarələri Suriyada ümumilikdə 7750 aviazərbə endirib ki, bunların 89 faizi müxalifətə qarşı yönəldilib: məktəblər, xəstəxanalar, yaşayış evləri dağıdılır, dinc əhali məhv edilir.

Nazir bildirib ki, ilk növbədə BMT Rusiyanın Suriyadaki qanlı əməllərinə qarşı öz səsini ucaldmalıdır. 

Son xəbərlər

Orphus sistemi