​Mövlud Çavuşoğlu: "Müttəfiqimiz və dostumuz ABŞ-la yalnız bu nöqtədə anlaşmırıq"

​Mövlud Çavuşoğlu: "Müttəfiqimiz və dostumuz ABŞ-la yalnız bu nöqtədə anlaşmırıq" Türkiyə xarici işlər naziri: "PYD Suriyada sülh üçün mücadilə edən qüvvə deyil"
Region
13 Avqust , 2015 14:56
​Mövlud Çavuşoğlu: Müttəfiqimiz və dostumuz ABŞ-la yalnız bu nöqtədə anlaşmırıq

Bakı. 13 avqust. REPORT.AZ/ "Biz Suriyada yaradılacaq təhlükəsizlik bölgəsində PYD-nin (terrorçu PKK-nın Suriya qolu sayılan Demokratik Birlik Partiyasını nəzərdə tutur - "Report") olmasını istəmirik". 

"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Habertürk"ə müsahibəsində bildirib.

XİN başçısı deyib ki, rəsmi Ankara təhlükəsizlik bölgəsinə Suriyada mülayim xətt yürüdən müxalif qüvvələrin nəzarət etməsini istəyir: "Onlar Suriyanın ərazi bütövlüyü uğrunda mübarizə aparır. Biz nə İŞİD-in, nə də PYD-nin burada olmasını istəyirik. Belə bir vəziyyət oranı təhlükəsiz bölgə olma halından çıxarar. Müttəfiqmiz və dostumuz ABŞ-la yalnız bu nöqtədə anlaşmırıq. Başqa məsələlərlə bağlı heç bir fikir ayrılığımız yoxdur".

Onun sözlərinə görə, hazırda İraqın deyil, Suriyanın İŞİD-dən təmizlənməsində razılaşma mövcuddur: "Biz Suriyanın ərazi bütövlüyünə üstünlük veririk, bu ölkənin bölünməsini istəmirik. Bu ölkədə ərazi bütövlüyü və sabitliyin olmamasından, xaos olmasından ən çox Türkiyə narahatdır. Bəşşar Əsədlə Suriyanın bütövlüyünün pozulacağını 5 ildir deyirik. Bu məsələdə Böyük Britaniya, Fransa və Səudiyyə Ərəbistanı ilə həmfikrik".

İŞİD-ə qarşı Türkiyənin hər cür mübarizəyə hazır olduğunu deyən M.Çavuşoğlu bildirib ki, Mosluda milli müdafiə qüvvələrinin təlim keçməsinə töhfə verməyə hazırdılar: "Hazırda bizim PYD-yə qarşı xüsusi əməliyyat planımız yoxdur. Ancaq bu, PYD-ni təqdir etməyimiz anlamına gəlməməlidir. Bu təşkilatı İŞİD-ə qarşı mübarizə apardığı üçün dəstəkləyirlər. Ancaq PYD Suriyada sülh üçün mücadilə edən qüvvə deyil. Onlara qarşı mübarizəni hədəf almasaq da, PYD ilə bağlı fəaliyyətimiz tənqid edilir".

Son xəbərlər

Orphus sistemi