Münhendəki silahlı insidentdə Türkiyənin 3 vətəndaşı ölüb

Münhendəki silahlı insidentdə Türkiyənin 3 vətəndaşı ölüb Münhendə baş vermiş silahlı atışma nəticəsində 9 nəfər ölüb, 20 nəfər xəsarət alıb
Region
23 İyul , 2016 15:19
Münhendəki silahlı insidentdə Türkiyənin 3 vətəndaşı ölüb

Bakı. 23 iyul. REPORT.AZ/ "Almaniyanın Münhen şəhərində baş vermiş silahlı insident nəticəsində ölənlərdən 3 nəfəri Türkiyə vətəndaşıdır". 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

Onun sözlərinə görə, həlak olanlar 15 yaşlı Sevda Dağ və Can Leyla və 1971-ci il təvəllüdlü Selçuk Kılıçdır. 

Qeyd edək ki, Münhendə baş vermiş silahlı atışma nəticəsində 9 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Atəş açan şəxs də sonradan özünü öldürüb. 

Son xəbərlər

Orphus sistemi