Mövlud Çavuşoğlu: "İstanbulda terror aktı törədənin kimliyi məlumdur"

Mövlud Çavuşoğlu: "İstanbulda terror aktı törədənin kimliyi məlumdur" "Türkiyə terror təşkilatları ilə mübarizəni davam etdirəcək"
Region
4 Yanvar , 2017 12:09
Mövlud Çavuşoğlu: İstanbulda terror aktı törədənin kimliyi məlumdur

Bakı. 4 yanvar. REPORT.AZ/ "İstanbulda terror aktı törədən şəxsin kimliyi məlumdur".

"Report" xəbər verir ki, bunu "Anadolu" agentliyində keçirdiyi mətbuat konfransında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Türkiyənin digər müvafiq strukturları terror hücumunun təşkilatçılarının həbs edilməsi üzrə tədbirlər həyata keçirir. Bununla yanaşı, nazir terrorçunun adını qeyd etməyib.

Türkiyənin xarici işlər naziri ölkəsinin istər İŞİD, istər PKK, istərsə də FETÖ kimi terror təşkilatlarına qarşı mübarizəni davam etdirəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi