“Futbol üzrə Türkiyə milli komandasının İslandiyanın Reykyavik şəhərindəki hava limanında məruz qaldığı davranış qəbuledilməzdir”.
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Twitter” səhifəsində yazıb.
“Milli komandamızın İslandiyanın hava limanında məruz qaldığı davranış diplomatik qaydalar və insanlıq baxımından qəbuledilməzdir. Millətimizin lazım olan addımları atacağımıza şübhəsi olmasın”, - XİN başçısı bildirib.
Futbol üzrə Türkiyə milli komandası iyunun 11-də “H” qrupunda 2020-ci il üzrə Avropa çempionatının seçmə mərhələsində İslandıya yığması ilə qarşılaşacaq. İyunun 9-da Türkiyə millisi Reykavik hava limanında pasport yoxlaması zamanı 2 saat qanunsuz olaraq gözlədilib.
Qeyd edək ki, İslandiyanın Türkiyədə səfirliyi fəaliyyət göstərmir. Bu ölkənin maraqlarını Finlandiyanın Ankaradakı səfirliyi, Türkiyənin İslandiyadakı maraqlarını isə Oslodakı səfirliyi müdafiə edir. Türkiyənin