Yuxarı
    Bağlamaq

    Mövlud Çavuşoğlu: "Aİ-nin Türkiyəyə göstəriş vermək haqqı yoxdur"

    Biz Avropa dəyərlərini qoruyuruq

    Bakı. 25 iyul. REPORT.AZ/ Avropa İttifaqının ölüm cəzasının mümkün bərpası ilə əlaqədar Türkiyəyə göstəriş vermək haqqı yoxdur.

    "Report" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu "Habertürk" telekanalına müsahibəsində bildirib.

    "Aİ-nin Türkiyəyə göstəriş vermək haqqı yoxdur. Biz Avropa dəyərlərini qoruyuruq. Avropa rəsmiləri tez-tez öz fikirlərini bildirir. Amma bunu hədə şəklində eləmək lazım deyil", - deyə M.Çavuşoğlu vurğulayıb.

    Qeyd edək ki, bir müddət əvvəl Avropa Komissiyasının sədri Jan-Klod Yunker rəsmi Ankaranın ölüm cəzasını bərpa edəcəyi təqdirdə Aİ-nin Türkiyənin üzvlüyü ilə bağlı danışıqlar prosesini dayandıracağını bildirmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi