Yuxarı

Mövlud Çavuşoğlu: "ABŞ Fətullah Gülənin üçüncü ölkəyə qaçmaması üçün zəruri tədbirlər görməlidir"

Türkiyə ABŞ-la münasibətlərinin zərər görməsini istəmir

Bakı. 25 iyul. REPORT.AZ/ "ABŞ Fətullah Gülənin üçüncü ölkəyə qaçmaması üçün zəruri tədbirlər görməlidir". 

"Report" "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. 

Onun sözlərinə görə, Türkiyə 2013-cü il dekabrın 17-25-də baş verən hadisələrdən sonra Fətullah Gülənin ekstradisiyasını ABŞ-dan tələb edib: "Son dövlət çevrilişindən sonra isə Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün işləri sürətləndirəcəyik. Bizim istəyimiz çox açıqdır, bu şəxsi bizə verəcəklər. ABŞ Gülənin həbsi ilə bağlı bizə heç bir cavab verməyib. Onun üçüncü ölkəyə qaçmasının qarşısının alınması üçün zəruri addımları atmışıq. ABŞ-ın da zəruri tədbirləri görəcəyini gözləyirik".

M.Çavuşoğlu yaxın vaxtlarda ABŞ-a həyata keçirəcəyi səfərə də toxunub: "ABŞ dövlət katibi Con Kerri ilə görüşüm olacaq. Ümumiyyətlə, ABŞ-ın həm siyasi, həm də hüquqi dairələri ilə müzakirələr aparacaq, zəruri mesajlar verəcəyik. Təbii ki, ABŞ-a səfərin məqsədi Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsidir. Türkiyə ABŞ-la münasibətlərinin zərər görməsini istəmir. Ancaq ABŞ Fətullah Güləni Türkiyəyə ekstradisiya etməzsə, iki ölkə arasındakı münasibətlərə təsir göstərə bilər. Ona görə də ABŞ-dan terror təşkilatının liderini öz sərhədləri çərçivəsində saxlamamasını və əməkdaşlıq, qarşılıqlı anlaşma çərçivəsində Türkiyəyə verməsini istəyirik". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi