Yuxarı

Mosulun yüz min sakini Türkiyəyə sığınıb

Onlar Suriyaya qaçıb, oradan isə Türkiyəyə gediblər

Bakı. 17 oktyabr. REPORT.AZ/ İraqın Mosul şəhərinin yüz minə yaxın sakini Suriyaya keçib, oradan da gedərək Türkiyəyə sığınıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığının mətbuat xidməti bildirib.

Məlumata görə, oktyabrın 17-də Mosulun terrorçu İŞİD qruplaşmasından təmizlənməsi əməliyyatı başladıqdan sonra yüz minə yaxın sakin Suriyaya qaçıb, oradan Türkiyəyə gediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi