Mosul əməliyyatlarının canlı yayımlanması qadağan edilib

Mosul əməliyyatlarının canlı yayımlanması qadağan edilib Bu addım təhlükəsizlik baxımından atılıb
Region
25 Oktyabr , 2016 13:27
Mosul əməliyyatlarının canlı yayımlanması qadağan edilib

Bakı. 25 oktyabr. REPORT.AZ/ "Türkiyə və xarici mətbuatın Mosulun İŞİD-dən azad edilməsi üçün aparılan əməliyyatları canlı yayımlaması qadağan edilib".

"Report" İHA agentliyinə istinadən xəbər verir ki, bu haqda İraqın şimalındakı kürd muxtariyyətinin silahlı qüvvələrinin (peşmərgə) rəhbərliyi məlumat yayıb.

İnformasiyaya görə, bu addım təhlükəsizlik baxımından atılıb və jurnalistlərin döyüş bölgələrinə getməsi qadağan olunub.

Qeyd edək ki, bu gün Mosulun terrorçu İŞİD qruplaşmasından təmizlənməsi məqsədi ilə aparılan əməliyyatın 9-cu günüdür. 

Son xəbərlər

Orphus sistemi