​Moskvanın tikiş sexində yanğın zamanı 11 nəfər ölüb - VİDEO

​Moskvanın tikiş sexində yanğın zamanı 11 nəfər ölüb - VİDEO Yanğın bazar gününə keçən gecə baş verib
Region
31 Yanvar , 2016 11:59
​Moskvanın tikiş sexində yanğın zamanı 11 nəfər ölüb - VİDEO

Bakı. 31 yanvar. REPORT.AZ/ Moskvanın Stromınka küçəsində yerləşən tikiş sexində baş verən yanğın nəticəsində 11 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə paytaxtın fövqəladə hallar xidmətlərindəki mənbə məlumat verib.

Hadisə bazar gününə keçən gecə Stromınka küçəsi, ev 25-də baş verib. Yanğın Bakı vaxtı ilə saat 01:55-də söndürülüb. Bundan əvvəl ölənlərin 9 nəfər olduğu bildirilirdi.

Faktla bağlı əmlakın qəsdən məhv edilməsi, ehtiyatsızlıqdan insan tələfatına səbəb olma maddələri üzrə cinayət işi qaldırılıb.

"Daha 2 nəfərin meyiti aşkar edilib. Ümumi ölü sayı 11-dir", — deyə agentliyin həmsöhbəti bildirib.

Son xəbərlər

Orphus sistemi