Yuxarı
    Bağlamaq

    ​Moskvanın mərkəzində yəhudi iş adamı güllələnib

    Üç güllə yarası alan Vladimir Kirman xəstəxanaya çatdırılıb

    Bakı. 25 Avqust. REPORT.AZ/ Moskvanın mərkəzində israilli iş adamı Vladimir Kirmana qarşı sui-qəsd olub.

    "Report" "LifeNews"a istinadən xəbər verir ki, 47 yaşlı sahibkara qarşı sui-qəsd bazar ertəsi, avqustun 24-də Seleznevski küçəsində, Moskva vilayətinin Arbitraj Məhkəməsi qarşısında baş verib.

    Moskvanın hüquq firmalarından birinə rəhbərlik edən V.Kirman və onun nümayəndələri Arbitraj Məhkəməsində işi uduzublar. Onlar "Teatralnı proyezd"də ofis binası səbəbindən məhkəməyə müraciət ediblər.

    İclasın sonunda iş adamı və onun vəkili binadan çıxıb. Sürücüsü maşını girişə gətirib. Naməlum şəxs Kirmana yaxınlaşanda və ona yaxın məsafədən 4 dəfə atəş açanda vəkil artıq avtomobildə olub. Cani hadisə yerindən qaçıb. Yaxınlıqda duran polis əməkdaşları sui-qəsdə vaxtında reaksiya verə bilməyiblər.

    Üç güllə yarası alan iş adamı xəstəxanaya aparılıb.

    İstintaq orqanları sui-qəsd faktı üzrə cinayət işi qaldırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi