Moskvanın keçmiş meri Yuri Lujkov xəstəxanadan evə buraxılıb

Moskvanın keçmiş meri Yuri Lujkov xəstəxanadan evə buraxılıb O, Yeni il bayramını qohumları və yaxınları ilə birgə keçirəcək
Region
27 Dekabr , 2016 13:07
Moskvanın keçmiş meri Yuri Lujkov xəstəxanadan evə buraxılıb

Bakı. 27 dekabr. REPORT.AZ/ Moskvanın keçmiş meri Yuri Lujkov xəstəxanadan evə buraxılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Y.Lujkovun mətbuat xidmətinin nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, keçmiş mer özünü yaxşı hiss etdiyindən xəstəxananı tərk edib və Yeni il bayramını qohumları və yaxınları ilə birgə keçirəcək.

Qeyd edək ki, Y.Lujkov dekabrın 23-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetində işgüzar görüş zamanı özünü pis hiss edib və xəstəxanaya çatdırılıb.

Son xəbərlər

Orphus sistemi