Moskvanın keçmiş meri Yuri Lujkov həyat yoldaşı ilə birgə Gürcüstandadır

Moskvanın keçmiş meri Yuri Lujkov həyat yoldaşı ilə birgə Gürcüstandadır Lujkov dəfələrlə Gürcüstan hökumətinin ünvanına Abxaziyanın müstəqilliyinin tanınmasıyla bağlı bəyanatlar səsləndirib
Region
8 May , 2017 10:49
Moskvanın keçmiş meri Yuri Lujkov həyat yoldaşı ilə birgə Gürcüstandadır

Bakı. 8 may. REPORT.AZ/ Moskvanın keçmiş meri Yuri Lujkov həyat yoldaşı Yelena Baturina ilə birgə Gürcüstandadır.

"Report" "Rustavi 2" teleşirkətinə istinadən xəbər verir ki, dünən onlar patriarxiyada olublar, ardından Kanda kəndindəki monastırda dini ayin yerinə yetiriblər.

Xatırladaq ki, Lujkov dəfələrlə Gürcüstan hökumətinin ünvanına Abxaziyanın və qondarma Cənubi Osetiyanın müstəqilliyinin tanınmasıyla bağlı bəyanatlar səsləndirib. 20 iyul 2006-cı il tarixində Gürcüstan XİN Moskva meri Yuri Lujkovun Tbilisi ilə razılaşdırılmadan Abxaziyaya səfər etməsi ilə bağlı Rusiya tərəfinə etiraz notası təqdim edib.

Gürcüstanın işğal olunmuş ərazilər barədə qanununa əsasən, Lujkov elə Tbilisi Beynəlxalq hava limanında həbs edilməli və ya cərimələnməli idi.

Son xəbərlər

Orphus sistemi