Moskvadan Yerevana gedən avtobus qəzaya uğrayıb: 5 nəfər ölüb, onlarla insan yaralanıb

Moskvadan Yerevana gedən avtobus qəzaya uğrayıb: 5 nəfər ölüb, onlarla insan yaralanıb 22 sərnişin, o cümlədən dörd uşaq xəstəxanaya çatdırılıb
Region
14 Oktyabr , 2016 10:53
Moskvadan Yerevana gedən avtobus qəzaya uğrayıb: 5 nəfər ölüb, onlarla insan yaralanıb

Bakı. 14 oktyabr. REPORT.AZ/ Moskvadan Yerevana doğru hərəkət edən avtobus dünən gecə qəzaya uğrayıb, ölən və yaralananlar var.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Məlumata görə, yerli vaxtla saat 05:30-da Rusiya FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Vladikavkaz-Beslan trasının 8-ci km-də Moskvadan Yerevana doğru hərəkət edən "Mercedes Benz-0404-15R" markalı sərnişin avtobusunun "Skaniya" markalı yük maşınına çırpıldığı barədə məlumat daxil olub.

Qəza nəticəsində 27 sərnişin xəsarət alıb, onlardan beşi ölüb. 22 sərnişin, o cümlədən dörd uşaq isə Vladiqafqazda xəstəxanaya çatdırılıb.

Avtobusda ümumilikdə 52 sərnişin olub.

İlkin versiyaya görə, sərnişin avtobusunun sürücüsü sükan arxasında yuxuya gedib. 

Son xəbərlər

Orphus sistemi