Moskvadakı qənnadı fabrikində atəş açan şəxsin saxlanılması üzrə əməliyyat başlayıb

Moskvadakı qənnadı fabrikində atəş açan şəxsin saxlanılması üzrə əməliyyat başlayıb Bakı. 27 dekabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada Sirena planı elan edilib. Əməliyyat Menşevik fabrikində atəş açan şəxsin axtarışına və saxlanmasına yönəlib.
Region
27 Dekabr , 2017 17:57
Moskvadakı qənnadı fabrikində atəş açan şəxsin saxlanılması üzrə əməliyyat başlayıb
РИА Новости / Евгения Новоженина

Bakı. 27 dekabr. REPORT.AZ/ Rusiyanın paytaxtı Moskvada "Sirena" planı elan edilib. Əməliyyat "Menşevik" fabrikində atəş açan şəxsin axtarışına və saxlanmasına yönəlib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə DİN-in Moskva idarəsindən məlumat veriblər.

Polislərə axtarılan şəxsin fotoşəkili göndərilib.

Məlumata görə, atəş açan fabrikin sabiq direktoru polis mühasirəsi təşkil edilənə qədər ərazini tərk edib.

Xatırladaq ki, Moskvada "Menşevik" qənnadı fabrikində atəş açılması nəticəsində bir nəfər ölüb. Atəş açan şəxs - müəssisənin keçmiş sahibi fabrikin saxta sənədlərlə onun əlindən alındığını bildirib.

Son xəbərlər

Orphus sistemi