​Moskvadakı partlayışda xəsarət alanların sayı 5-ə çatıb

​Moskvadakı partlayışda xəsarət alanların sayı 5-ə çatıb Hadisə ilə bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb
Region
8 Dekabr , 2015 11:47
​Moskvadakı partlayışda xəsarət alanların sayı 5-ə çatıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Moskvanın mərkəzində dayancaqda baş verən partlayış nəticəsində xəsarət alanların sayı 5 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Moskvanın Səhiyyə İdarəsi bildirib.

Məlumata görə, hadisə gecə saatlarında Moskvanın mərkəzində Pokrovka küçəsində avtobus dayanacağında baş verib.

Rusiya Daxili İşlər Nazirliyi bildirib ki, partlayışın baş verməsinə səbəb əldə düzətlmə partlayıcının partladılması ola bilər. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi