Moskvada yeni məscid tikiləcək

Moskvada yeni məscid tikiləcək Məscidi olacaq Mədəni-maarif Mərkəzində minə yaxın insan ibadət edə biləcək
Region
1 Dekabr , 2016 11:47
Moskvada yeni məscid tikiləcək

Bakı. 1 dekabr. REPORT.AZ/ Rusiyada Yeni Moskva ərazisində məscidi olacaq Mədəni-maarif Mərkəzinin inşası planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə müsahibəsində Rusiya Müsəlmanları Ruhani Məclisinin rəhbəri, Moskva müftisi Albir Krqanov bildirib.

"Bu gün həm də "Moskva müftiliyi" Moskva şəhəri və Mərkəzi region müsəlmanları Ruhani idarəsi dini təşkilatı kimi Moskva şəhərinin rəhbərliyi qarşısında bizə torpaq ərazisinin ayrılması məsələsini qaldırmışıq. Bu gün Yeni Moskva ərazisində məscid tikintisi məsələsi həll edilir. Həmin ərazidə başqa ənənəvi dinlərin obyektlərinin tikintisi barədə qərar qəbul edilmişdi, indi də müsəlmanlar qərar gözləyir. Ümidvaram ki, qərar müsbət olacaq", - deyə o vurğulayıb.

Onun sözlərinə görə, Mədəni-maarif Mərkəzi yalnız müsəlmanlar üçün nəzərdə tutulmayacaq. Müfti minə yaxın insanın ibadət edə biləcəyi Mərkəzin tikintisi üçün artıq sponsorların da tapıldığını əlavə edib.

Son xəbərlər

Orphus sistemi