Moskvada yanğın nəticəsində ölənlərin hamısı Qırğızıstan vətəndaşı olub

Moskvada yanğın nəticəsində ölənlərin hamısı Qırğızıstan vətəndaşı olub Yanğın işçilərin səhər növbəsini qəbul etməsindən sonra baş verib
Region
27 Avqust , 2016 14:03
Moskvada yanğın nəticəsində ölənlərin hamısı Qırğızıstan vətəndaşı olub

Bakı. 27 avqust. REPORT.AZ/ Moskvada Altufyevskoye yolunda yerləşən tipoqrafiya ofisində baş vermiş yanğın nəticəsində ölənlərin hamısı Qırğızıstan Respublikası vətəndaşı olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə agentliyə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Bildirilib ki, ölənlərin hamısı tipoqrafiya ofisinin anbarında işləyənlərdir. Mənbə dünyasını dəyişənlərin Moskvada qanuni yolla çalışdığını diqqətə çatdırıb. Yanğın işçilərin səhər növbəsini qəbul etməsindən sonra baş verib.

Hadisə nəticəsində anbarda ölənlər yuxuda tüstüdən boğulublar.

Son xəbərlər

Orphus sistemi