​Moskvada uşağın qətlində şübhəli bilinən qadın öz hərəkətilə Suriya üçün qisas aldığını bildirib - VİDEO

​Moskvada uşağın qətlində şübhəli bilinən qadın öz hərəkətilə Suriya üçün qisas aldığını bildirib - VİDEO İnternetdə Gülçöhrə Bobokulovanın dindirilməsi əks olunan video yayımlanıb
Region
3 Mart , 2016 14:45
​Moskvada uşağın qətlində şübhəli bilinən qadın öz hərəkətilə Suriya üçün qisas aldığını bildirib - VİDEO

Bakı. 3 mart. REPORT.AZ/ İnternetdə Moskvada uşağın qətlində şübhəli bilinən qadının dindirilməsi əks olunan video yayımlanıb.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir. 

Videoda özünü Gülçöhrə Bobokulova kimi təqdim edən qadın öz hərəkətilə Suriyadakı bombardmana görə qisas aldığını bildirib.

"Qan tökən insandan qisas aldım", - qadın qeyd edib. Kimin qan tökməsi ilə bağlı suala qadın cavab verib: "Putin təyyarələr vasitəsilə bombardman edir. Niyə görə siz müsəlmanları öldürdüyünüz halda, sizə heç kim heç nə demir? Onlar da yaşamaq istəyir... Baxın, körpə uşaq...". Dindirilmə zamanı G.Bobokulova Suriyaya gedərək orada yaşamaq istədiyini, lakin bunun üçün pulununun olmadığını etiraf edib. 

"İŞİD-ə qoşulmaq istəyib-istəmədiyi haqda suala qadın sadəcə orada yaşamaq istədiyini bildirib. 

G.Bobokulova fevralın 29-da Moskvada baş verən 4 yaşlı uşağın qətlində şübhəli bilinir. Polis əməkdaşları qadını metronun "Oktyabrskoye pole" stansiyasının yaxınlığında saxlayıb. O, əlində uşağın kəsilmiş başını tutub, özünü terrorçu adlandırıb. 

Bir müddət əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov uşağın qətlini terror ilə əlaqəndiməkdə tələsməməyə çağırıb. 

Son xəbərlər

Orphus sistemi