Moskvada üç vağzaldan 3 min nəfər təxliyə edilib

Moskvada üç vağzaldan 3 min nəfər təxliyə edilib Kazanski, Yaroslavski və Leninqradski vağzalında partlayış törədiləcəyi ilə bağlı zəng daxil olub
Region
26 Dekabr , 2016 14:35
Moskvada üç vağzaldan 3 min nəfər təxliyə edilib

Bakı. 26 dekabr. REPORT.AZ/ Moskvanın mərkəzində Kazanski, Yaroslavski və Leninqradski vağzallarında partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı anonim zəng qəbulundan sonra təqribən 3 min sərnişin və vağzal əməkdaşı təxliyə edilib.

"Report" xəbər verir ki, bu barədə paytaxtın təcili yardım xidmətlərindəki mənbəyinə istinadən RİA "Novosti" məlumat verib.

Mənbə Kazanski və Leninqradski vağzallarının hər birindən təxminən min, Yaroslavski vağzalından isə 750 nəfərin təxliyə olunduğunu bildirib. Onun sözlərinə görə, hadisə yerinə kinoloqların gələcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi