​Moskvada tüstülənmə səbəbindən kinoteatrdan 280 nəfər təxliyə edilib

​Moskvada tüstülənmə səbəbindən kinoteatrdan 280 nəfər təxliyə edilib Zərərçəkənlər barədə məlumat yoxdur
Region
1 Mart , 2016 22:52
​Moskvada tüstülənmə səbəbindən kinoteatrdan 280 nəfər təxliyə edilib

Bakı. 1 mart. REPORT.AZ/ Moskvada "Kirqiziya" kinoteatrından tüstülənmə səbəbindən 280 nəfər təxliyə olunub.

"Report" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi Baş İdarəsinin mətbuat xidmətinə istinadən "İnterfax" məlumat yayıb.

Məlumata görə, tüstülənmə axşam saatlarında kinoteatrın üçüncü mərtəbəsində qısa qapanma nəticəsində baş verib.

Zərərçəkənlər barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi