Yuxarı

Moskvada trolleybusların qorunması üçün pul toplanılır

Bələdiyyə tələb olunan məbləğin üç gün ərzində toplanılacağına ümid edir

Bakı. 26 mart. REPORT.AZ/ Moskvada bir qrup fəal şəhərin mərkəzindəki trolleybus xətlərinin saxlanılması üçün fond toplamağa başlayıb. “Report” BBC-yə istinadən xəbər verir ki, Moskvada yerli hakimiyyət bu il ərzində trolleybusların ləğv edilməsini nəzərdə tutur.

Kampaniya Şukino rayonunun bələdiyyə nümayəndəsi Maksim Kats və bloqqer İlya Varlamovun təşəbbüsü ilə başladılıb.

Onlar Moskvada trolleybusların məhvini “böyük şəhərsalma səhvi” adlandırırlar.

Onlar trolleybusların qorunması üçün fond yığılmasını və informasiya kampaniyasını həyata keçirirlər.

Kampaniyanın miqyası toplanılacaq vəsaitdən asılı olacaq.

M.Kats tələb olunan məbləğin üç gün ərzində toplanılacağına ümid edir.

Moskva rəhbərliyi trolleybusların ləğvinin şəhərin yol-nəqliyyat infrastrukturunun inkişafı üçün həyata keçirildiyini bildirir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi