Moskvada ticarət mərkəzi partlayış təhlükəsinə görə təxliyyə edilib

Moskvada ticarət mərkəzi partlayış təhlükəsinə görə təxliyyə edilib Əraziyə FHN əməkdaşları və kinoloqlar cəlb olunub
Region
12 İyun , 2017 22:13
Moskvada ticarət mərkəzi partlayış təhlükəsinə görə təxliyyə edilib

Bakı. 12 iyun. REPORT.AZ/ Moskvanın Xodınski bulvarında yerləşən "Akvapark" ticarət mərkəzinin ziyarətçiləri və personalı təxliyyə edilib.

"Report" xəbər verir ki, ilkin məlumatlara görə, hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları işləyir. Mərkəzə, həmçinin kinoloqlar cəlb olunub.

Təxliyyənin partlayış təhlükəsi səbəbindən elan olunduğu ehtimal edilir. Hüquq-mühafizə orqanları hadisənin səbəblərini dəqiqləşdirir.

Son xəbərlər

Orphus sistemi