Yuxarı

​Moskvada terrorçu "PKK"nın Suriyadakı qolunun nümayəndəliyi açılıb

Tədbirə Ukraynadakı Rusiyayönlü terrorçuların nümayəndələri də qatılıb

Bakı. 11 fevral. REPORT.AZ/ Terrorçu PKK qruplaşmasının Suriyadakı qolu "PYD" ("Demokratik Birlik Partiyası") Rusiya paytaxtı Moskvada nümayəndəlik açıb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, nümayəndəlik "Qərbi Kürdüstan təmsilçiliyi" adı ilə açılıb. Ofisin Suriyanın şimalında, Türkiyə ilə sərhəddə "PYD"-nin "Cezire", "Kobani" və "Afrin" "kantonları" kimi adlanan bölgələrini təmsil etdiyi bildirilib.

Açılışda Türkiyə Xalqların Demokratik Partiyasının üzv, deputat Fələknas Uca, "PYD"nin Rusiya təmsilçisi Abdussalam Əli və "Suriya kürdlərinin ABŞ və Avropa təmsilçisi" Senam Mühəmməd də iştirak edib. 

Məlumata görə, toplantıya Ukraynanın şərqində fəaliyyət göstərən Rusiyayönlü terrorçuların nümayəndələri də qatılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi