Moskvada terror hazırlığında şübhəli bilinən İŞİD-in 4 üzvü tutulub

Moskvada terror hazırlığında şübhəli bilinən İŞİD-in 4 üzvü tutulub Onların fəaliyyətinə Suriyadan rəhbərlik edilib
Region
25 May , 2017 15:12
Moskvada terror hazırlığında şübhəli bilinən İŞİD-in 4 üzvü tutulub

Bakı. 25 may. REPORT.AZ/ Moskvada nəqliyyat vasitələrində terror törətmək hazırlığında şübhəli bilinən 4 nəfər tutulub.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzi bildirib.

Onlar terrorçu İŞİD qruplaşmasının üzvləridir. Şübhəlilərdən biri Rusiya, 3-ü isə Orta Asiya dövlətlərinin vətəndaşlarıdır. Axtarış-əməliyyat tədbirləri nəticəsində onların yaşadığı mənzildən əldəqayırma bomba, odlu silah-sursat, qumbara, ekstremist və terrorçuluq yönündə ədəbiyyat, video-yazılar aşkarlanaraq götürülüb.

Onların fəaliyyətinə Suriyadan rəhbərlik edilib. Şübhəlilər terroru törətdikdən sonra döyüşlərə qatılmaq üçün Suriyaya gedəcəkmiş. 

Son xəbərlər

Orphus sistemi