Moskvada temperatur 0 dərəcəyə enəcək

Moskvada temperatur 0 dərəcəyə enəcək Soyuq hava şəraiti mayın 23-nə proqnozlaşdırılır
Region
18 May , 2017 22:54
Moskvada temperatur 0 dərəcəyə enəcək

Bakı. 18 may. REPORT.AZ/ Moskvada havanın temperaturunun 0 dərəcəyədək enəcəyi proqnozlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Elmi-Tədqiqat Mərkəzinin məlumatında bildirilir.

Qeyd olunur ki, həftə sonu Moskva əhalisini isti hava gözləyir – temperatur 25 dərəcəyə qədər qalxacaq, lakin gələn həftənin ikinci günü, mayın 23-də temperatur 0 dərəcəyə enəcək. Yağıntı gözlənilmir.

Son xəbərlər

Orphus sistemi